Paris-2024: Məşəl estafetində iştirak edən məşhurların adı açıqlanıb - FOTO

Paris-2024: Məşəl estafetində iştirak edən məşhurların adı açıqlanıb - FOTO

Olimpizm xəbərləri

11.01.2024, 13:45

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Fransada Olimpiya məşəli estafetinin bəzi iştirakçılarının adlarını açıqlayıb. “Le Mond”un məlumatına görə, alov Yunanıstandan Marselə mayın 8-də çatacaq. İyulun 26-da təşkil olunacaq açılış mərasiminə qədər kollektiv estafetlərdə 3 min nəfər yer alacaq. Hər estafetdə məşhur kapitanın rəhbərliyi altında 24 nəfərdən ibarət komanda iştirak edəcək. Heyətdə məşhur məşəlçilərdən üzgüçü Kamille Lakor, qılıncoynadan Laura Flessel-Kolovitz, taekvondoçu Paskal Gentil, həmçinin komediya ustası Kamel Debbuz, astronavt Tomas Pesket və aşpaz Tyeri Marks olacaq.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR