"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatına layiq görülüb - FOTO
BOK
26.01.2024, 21:23
Yanvarın 26-da “JW Marriott Absheron Baku Hotel”ində “Sportsman” jurnalının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Olimpiya, dünya və Avropa çempionları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
"Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu yubiley tədbirində qonaqları salamlayaraq jurnalın bu illər ərzində keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, 20 il ərzində böyük sınaqdan keçən jurnal ayaqda durmağı bacarıb.
Sonra “Sportsman" jurnalının “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Mükafatçılar arasında “Olimpiya dünyası” qəzetinin əməkdaşı da yer alıb. Qəzetin məsul katibi Anar Əhmədov “İlin idman jurnalisti” nominasiyası üzrə “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatına layiq görülüb.
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, nominantlara mükafatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Sportsman” jurnalının ilk sayı 2004-cü il yanvarın 31-də işıq üzü görüb. Jurnal idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis edib. Bu mükafat ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, idman mütəxəssislərinə, Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir. 2016-cı il yanvarın 29-da “Jumeirah Bilgah Beach Hotel”ində keçirilən “Zəfər 2015”in təqdimat mərasimində isə Dünya İdman Jurnalistləri Assosiasiyasının (AİPS) maltalı baş katibi Çarli Kamenzuli və fransalı Kristof Mousset idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görülüblər. Bununla da, “Sportsman” jurnalının bu layihəsi “Zəfər Beynəlxalq İdman Mükafatı” statusunu qazanıb.
"Zəfər” 2023 Beynəlxalq İdman Mükafatının təqdimat mərasimində Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev "Sportsman" jurnalının 20 illik yubileyi münasibəti ilə bu nəşrin baş redaktoru Rəşad Qəmərşahoğluna MOK-un hədiyyəsini təqdim edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol