BCF Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramına yekun vurulub
Olimpizm xəbərləri
09.02.2024, 17:19
Fevralın 9-da Azərbaycan Cüdo Federasiyasının (ACF) idman zalında Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub. Mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının direktoru Envik Qalea, ACF rəsmiləri və cüdoçular iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov belə bir seminarın növbəti dəfə ölkəmizdə uğurla təşkil olunduğu üçün federasiya rəhbərliyinə təşəkkür edib. Nazir belə kursların məşqçilər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən Rəşad Nəbiyev isə Azərbaycan Cüdo Federasiyasının son illər ərzində məşqçilərin beynəlxalq standartlara uyğun kurslarda iştirakı və federasiyanın ümumi aktivliyi haqqında məlumat verərək belə tədbirlərin təşkilinə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Tədbirdə çıxış edən MOK-un baş katibi Azər Əliyev ölkəmizdə cüdonun inkişafı baxımından tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. BCF Akademiyasının direktoru Envik Qalea çıxışında sertifikat alan bütün məşqçilərə uğurlar arzulayıb. Sonra proqramı uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunub. Sertifikatları ACF-in prezidenti Rəşad Nəbiyev, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, ACF-in vitse-prezidenti Elnur Məmmədli, BCF Akademiyasının direktoru Envik Qalea təqdim edib.
Xatırladaq ki, ötən il də BOK-un Olimpiya Həmrəyliyinin dəstəyi ilə 80 məşqçi eyni tipli kurslarda iştirak etmişdi. Bu kurslarda Azərbaycanın müxtəlif bölgələrindən 63 və eyni zamanda başqa ölkələrdən də məşqçilər iştirak ediblər. Kursları həyata keçirmək üçün Beynəlxalq Cüdo Federasiyasının Akademiyasından 10 xarici ekspert ölkəmizə səfər edib. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi və Beynəlxalq Cüdo Federasiyasının dəstəyi, həmçinin Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
Bugün, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
Bugün, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
Bugün, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol