Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov cüdo akademiyası açıb. Bu barədə Azərbaycan milli komandasının keçmiş cüdoçusu instaqram səhifəsi vasitəsilə paylaşım edib.
O, cüdo həvəskarlarını qeydiyyatdan keçməyə dəvət edib: “Sizə xoş xəbərimiz var. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi Cüdo Akademiyası tezliklə xidmətinizdə olacaq. Dərslər Rüstəm Orucovun nəzarəti ilə peşəkar müəllimlər tərəfindən keçiriləcək”.
Akademiyada bütün yaş qruplarının olacağı vurğulanıb.