“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin güləşçiləri Bakı birinciliyində fərqləndilər

“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin güləşçiləri Bakı birinciliyində fərqləndilər

BOK

19.02.2024, 14:23

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İB) yetirmələri sərbəst güləş üzrə kadetlər arasında U-15 Bakı birinciliyində uğurla çıxış ediblər. Belə ki, İdman Cəmiyyətinin yetirmələrindən Mehdi Xəlilzadə (44 kq), Sadiq İsmayılov (38 kq) və Rza Əhədli (85 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Zenit” İC-in digər təmsilçilərindən Süleyman Şirinov (38 kq), Adəm Osmanov, İbrahim Hacıquliyev (hər ikisi 41 kq), Nihad Seyfullazadə, İsmail Aslanov (hər ikisi 44 kq), Əli Əsgərli (57 kq) və İslam Rəcəbov (57 kq) yarışı bürünc medalla başa vurub.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR