İngiltərədə məktəb direktoru büdcə pullarını avtomobili və şəxsi ehtiyacları üçün xərclədiyi üçün işdən çıxarılıb. «Mirror» xəbər veriri ki, direktor Yan Kerroll benzin, otel rezervasiyası və biletlərin, eləcə də müxtəlif qadcetlərin pulunu ödəmək üçün məktəb pullarını mənimsəyib xərcləyib. Britaniyanın təhsil sistemində 30 ildən artıq çalışan bu şəxs ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Bundan əlavə, o bildirib ki, bu ittihamlar ona mənəvi ziyan vurub.
Məsələ bağlı istintaq davam edir. Qaydaya əsasən onun ən azı 30 yanvar 2029-cu ilə qədər İngiltərədəki məktəblərdə işləməsi qadağandır.