«Red Bull»un yeni bolidi müzakirə obyektinə çevrilib

«Red Bull»un yeni bolidi müzakirə obyektinə çevrilib


Sosial şəbəklərdə «Red Bull» komandasının yeni avtomobilinin ilk canlı fotoları yerləşdirilib. Bolidi təhlil edən mütəxəssislər bildiriblər ki, avtmobilin yan hava girişləri bəzi mütəxəssislərin düşündüyü kimi şaquli deyil, standart şəkildə yerləşdirilib. Avtomobilin burnu daha uzun olub. 
Xatırladaq ki, ötən mövsüm «Red Bull» vaxtından əvvəl Konstruktorlar Çempionatının qalibi olub. Komandanın lideri hollandiyalı Maks Verstappen 22 yarışdan 19-da qalib gələrək erkən çempionluq əldə edib. Bununla da o, həmçinin ardıcıl qələbələrin sayına (10) görə Formula 1 rekordunu yeniləyərək dördqat dünya çempionu alman Sebastyan Fettelin nəticəsini geridə qoydu. .
Meksikalı Serxio Peres karyerasında ən yaxşı nəticə göstərərək fərdi yarışda final ikinci yeri tutdu, iki yarışda qalib gəldi.
 

«Red Bull»un yeni bolidi müzakirə obyektinə çevrilib «Red Bull»un yeni bolidi müzakirə obyektinə çevrilib