Sərbəst güləş üzrə U-17 milli komandamız növbəti təlim-məşq toplanışına başlayıb.
Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində startı verilən hazırlıq prosesi martın 9-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında 28 güləşçi iştirak edir.
Təlim-məşq toplanışı martın 12-14-də Türkiyədə keçiriləcək Zəfər kubokuna və iyunun 10-16-da Finlandiyada təşkil ediləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.