Parataekvondo üzrə Azərbaycan millisi İranın paytaxtı Tehranda keçirilən “6th WT President's Cup” turnirini 3 medalla başa vurub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığma komandamızın üzvləri yarışda 1 gümüş, 2 bürünc medala. Sahib çıxıblar.
K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov ikinci, 58 kq və +80 kq çəkilərdə çıxış edən Sabir Zeynalovla Şahmar Quliyev üçüncü yeri tutublar.
Qeyd edək ki, millinin 3 üzvü - İmaməddin Xəlilov, Sabir Zeynalov və Əbülfəz Abuzərli Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.