Sabah cüdo üzrə 21 yaşa qədər gənclər arasında U-21 Azərbaycan birinciliyinə start veriləcək.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq yarışda 61 klub, cəmiyyət və idman təşkilatından olan 279 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Turnirə fevralın 24-də yekun vurulacaq.