Bədii gimnastlarımız Rumıniyaya yollanıblar 

Bədii gimnastlarımız Rumıniyaya yollanıblar 

Fevralın 23-25-də Rumıniyanın Ployeşti şəhərində bədii gimnastika üzrə 23-cü “Irina Deleanu Cup” beynəlxalq turniri keçiriləcək. Yarışda Azərbaycanın bədii gimnastika üzrə milli komandası da iştirak edəcək. Komandamızın heyətində böyüklər arasında İlona Zeynalova, Mədinə Dəmirova, gənclər arasında Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova bacarıqlarını göstərməyə çalışacaqlar.