Mariya Stadnik: "Qazandığım nailiyyətlər gənc idmançılara irəli getmək üçün stimul rolunu oynayır"
BOK
27.02.2024, 16:07
Bu yaxınlarda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün bir sıra uğurlarla yadda qaldı. Olimpiya ili ərəfəsində qitə çempionatında 16 medal qazanan pəhləvanlarımız bununla da iştirak etdikləri turnirlərin əsas favoritlərdən biri olduqlarını sübut etdilər. Bu çempionatda əsas əlamətdar hadisələrdən biri isə heç şübhəsiz qadın güləşçimiz Mariya Stadnikin adı ilə bağlı oldu. Dördqat Olimpiya mükafatçımız Buxarestdə 50 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxdı. Yubiley çempionluğunu qazanan “Azərbaycan qadın güləşinin günəşi” ilə əlaqə saxlayıb, qələbə təəssüratlarını öyrəndik. Hər kəsin sevimlisi olan Mariya Stadniklə müsahibəni oxuculara təqdim edirik.
- Mariya, ilk olaraq sizi Avropa çempionatında 10-cu dəfə qızıl medal qazanmağınız münasibəti ilə təbrik edirik. Maraqlıdır, fəxri kürsüdə dayanan zaman hansı hissləri keçiridiniz?
- Çox sağ olun. Avropa çempionatının 10 qat çempionu olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Ötən il təşkil olunan qitə çempionatında növbəti il də Azərbaycanın bayrağını 10-cu dəfə qaldıracağıma dair özümə söz vermişdim. Sevinirəm ki, mən ilk növbədə özümə verdiyim sözü tuta bildim və Avropa çempionatında Azərbaycan bayrağını zirvələrə qaldırdım. Fəxri kürsüdə olarkən isə qələbə qazandığım bütün Avropa çempionatları, belə deyək, “10 illik yolum” gözümün önündə canlandı. Bu yolda mənə dəstək olan məşqçilərimə, həkimlərə, masajçılara, sparinq yoldaşlarıma və ümumiyyətlə mənimlə birgə əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirirəm. Azərbaycan sayəsində fəxri kürsüdə qürurla dayandım. Fəxr edirəm ki, yalnız şəxsi deyil, həmçinin Azərbaycanın qadın güləşində tarix yazdım. Bilirəm ki, güləş idman növü ilə məşğul olmağa başlayan bir çox gənc idmançı qızlarımız məni özlərinə nümunə kimi görürlər. Çox şadam ki, nailiyyətlərim onları qələbə qazanmaq üçün həvəsləndirir.
- İstərdik ki, final görüşündə türkiyəli idmançı ilə aranızda baş verən gərgin anlardan və baş verən xoşagəlməz hadisələrin yaranma səbəbindən danışasınız.
- Türkiyəli idmançını yerə yıxanda, o məni dişlədi. Mən əvvəlcə düşündüm ki, bu təsadüfən alındı, bəzən belə hadisələr olur. Lakin onu yerdə saxladıqca, o dişlərini daha da sıxırdı və ətimi qoparacağını düşündüm (gülür). Həmin an hakimə etirazımı bildirsəm də, hakim bunu diqqətindən qaçırmışdı. Ona görə ki, mən rəqibin üzünü bağlamışdım. Lakin etirazlarıma baxmayaraq, rəqib dişlərini ətimə daha da möhkəm keçirirdi. Onun məni dişləyib buraxacağını düşünsəm də, o dişlərini sıxıb saxlamışdı. Onun məndən əl çəkməyəcəyini anladım və bütün gücü ilə məni dişləməsinə icazə verərək, yalnız qələbəni düşündüm (gülür). Peşəkar bir idmançı olduğum üçün rəqibin qadağan olunmuş fəndlərdən istifadə etməyə başladığı anda onun məndən zəif olduğunu artıq anlayıram. Belə ki, onlar qaydalara uyğun mübarizə aparıb qələbə qazana bilməyəcəyi ilə barışanda digər yollara əl atırlar. Amma buna baxmayaraq, həmin mübarizədən sonra idmançı ilə söhbət etdik və o, kənarda məndən üzr istədi.
- İllərdir ki, stabilliyiniz qoruyub-saxlaya bilmisiniz. Bu dəfə də, çempion olmaqla, “köhnə qitə”də bu çəkinin favoriti olduğunuzu sübut etdiniz. Bəs dünyada əsas rəqibiniz hansı ölkənin təmsilçisidir?
- Aprelin 6-da Bakıda seçim turniri keçiriləcək. Avropadan olan bütün rəqiblərim bu turnirdə iştirak edəcək. Fikrimcə, elə əsas rəqiblərim Avropadan olan idmançılardır.
- Adınızı Azərbaycan güləş tarixinə qızıl hərflərdə yazmısınız. Qadın güləşində bu rekordu yeniləmək asan olmayacaq.
- Azərbaycan güləşçilərinin rekordumu yeniləməsi məni yalnız sevindirər. Düşünürəm ki, rekordum, qazandığım nailiyyətlər gənc idmançılara bir məqsəd, çalışmaq və irəli getmək üçün stimul rolunu oynayır.
- Bəs Olimpiya Oyunlarına hazırlıqlar necə gedir?
- Olimpiya Oyunlarına hələ ki, lisenziyam yoxdur. Lakin bu mötəbər yarışa hazırlıqlar tam sürətlə davam edir. Artıq beş aydır ki, Olimpiya çempionu Toğrul Əsgərovla çalışıram. Sonuncu dünya çempionatında uğursuz nəticəmdən sonra biz onunla çalışmağa başladıq. Sevinirəm ki, onunla fikirlərimiz və baxış tərzimiz üst-üstə düşdü və biz tez bir zamanda dil tapdıq. Toğrulda ən bəyəndiyim cəhət ruh yüksəkliyi, qələbəyə inam və Olimpiya alovudur. O, bu enerjini mənə ötürür. Vurğulayım ki, mən artıq formalaşmış və peşəkar bir idmançıyam. Belə olduğu halda isə zamanla insanın özünü ruhlandırmaq, motivasiya etməsi çətinləşir. Toğrul Əsgərov isə Olimpiya yolunu keçdiyi üçün məni qələbə qazanmağa ruhlandırır, mənə irəliləməyə dəstək olur. Onun sayəsində qadınlardan ibarət güləş komandamızda çox gözəl ab-hava var. İdmançılar məşq edir və heç bir gərginlik, narazılıq yoxdur. Hazırda məşqlərimiz davam edir və inanıram ki, Avropa çempionatının yaşatdığı sevinc hissi ilə Olimpiya Oyunlarının qızıl mükafatına da yiyələnəcəyəm.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK