Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında daha bir medal qazanıblar.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət kollektiv trio komanda yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, qitə çempionatında daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət yığma isə oğlanlar arasında komanda yarışında eyni uğura imza atıblar.