Azərbaycanın stolüstü tennisçiləri nüfuzlu turnirdə iki medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri nüfuzlu turnirdə iki medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində iki medal qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasındanverilən məlumata görə, yığma komandamızın üzvlərindən Onur Quluzadə qızıl, Yağmur Məmmədli isə bürünc medala sahibi olub.

13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini uğurla adlayan O.Quluzadə digər rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn tennisçi yarışın qızıl medalına layiq görülüb.

Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrupda rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra növbəti mərhələlərdə də inamlı çıxış edərək finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzan Y.Məmmədli fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.