2011-ci ildə Cenevrə avtosalonunda təqdim edilən və qiyməti 300 min dolları olan "Ferrari" FF naməlum səbəblərdən od tutaraq, külə dönüb. Hadisə ABŞ-da baş verib. Tamamilə yararsız hala düşən avtomobilin yanğından sonra görüntüsu JR Garage YouTube kanalına yerləşdirilib.
Məlumat üçün bildirək ki, avtomobil 660 at gücü hasil edən 6,3 litrlik F140 EB V12 mühərrikinə malikdir. Ferrari FF 2000-dən artıq tirajla istehsal edilib.