«İndiana Cons və taleyin çarxı» filmi “Disney”ə 134,2 milyon dollar zərər gətirib. Bu barədə «Forbes» məlumat yayıb. 387,2 milyon dollarlıq büdcəyə malik film cəmi 383 milyon dollar gəlir əldə edib. Film tənqidçilər tərəfindən tənqid edilib. Məlumat üçün bildirək ki, film Harrison Fordun «İndiana» rolunu oynadığı franşizanın son hissəsi idi. Filmdə onun tərəf müqabili Mads Mikkelsen olub.
“Disney” əfsanəvi filmə görə ziyana düşüb