Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına yekun vurulub.
Turun son oyununda "Sabah" komandası çempionluğu təmin edən "Qarabağ"ı qəbuı edib. "Bank Respublika Arena"da keçirilən oyun "tələbələr"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisinin heyətində müvafiq olaraq, Amin Seydiyev, Cesse Sekidika və Tellur Mütəllimov fərqlənib. “Qarabağ”ın heyətində isə Leandro Andrade və Nəriman Axundzadə qolla yadda qalıb.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.