Luis Enrike: "Bu gün bizim geridönüş günümüzdür"

Luis Enrike: "Bu gün bizim geridönüş günümüzdür"

PSJ-nin baş məşqçisi Luis Enrike "Barselona" ilə ikinci 1/4 final oyunu haqda danışıb. «PSJ heç vaxt pley-offda məğlub olmayıb. Bu gün bizim geridönüş günümüzdür”, - jurnalist Adrian Grenier X sosial şəbəkəsində Enrikedən sitat gətirib.

Qeyd edək ki, ilk oyun Paris təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab oyunu bu gün, Bakı vaxtilə saat 23:00-da  İspaniyanın "Olimpik Lyuis Kompanies" stadionunda keçiriləcək.