Qayıdış yubileyə qədər mümkün deyil

Qayıdış yubileyə qədər mümkün deyil

 

"Barselona"nın direktorlar şurası komandanın "Kamp Nou" stadionuna qayıtmasının dəqiq tarixini müəyyənləşdirib. "Mundo Deportivo"nun məlumatına görə, yenidən qurulan arenaya geri dönüş bu il dekabrın 15-nə planlaşdırılıb. Təəssüf ki, klubun 125 illik yubileyi gününə (29 noyabr) bütün işlər yekunlaşmayacaq. Bildirilir ki, yenilənmiş arenada 105 min azarkeş oyunları izləyə biləcək.