"Real”ın futbolçusu komandadan ayrılır 

"Real”ın futbolçusu komandadan ayrılır 

Madrid "Real”ının müdafiəçisi Naço yayda komandadan ayrılmağı planlaşdırır. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. O isə müqaviləni yeniləmək istəmir. Artıq 34 yaşlı ispaniyalı qərarını Madrid klubunun rəhbərliyinə çatdırıb. “Real”ın yetirməsi olan Naço bütün karyerasını bu komandada keçirib. O, Madridin heyətində bütün yarışlarda 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.