Məktəblilər cüdo yarışlarında güclərini sınayırlar 

Məktəblilər cüdo yarışlarında güclərini sınayırlar 

Məktəblilər arasında cüdo üzrə respublika çempionatı keçirilir

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə hazırda müxtəlif regionlarda məktəblilərin cüdo üzrə respublika çempionatı keçirilir. Aprelin 23-də Göyçay Olimpiya İdman Kompleksində başlayan turnir Beyləqan, Şirvan, Astara, Göygöl, Şəki, Bakı, Sumqayıt, Qazax, İsmayıllı, Ağcabədi və Qubada davam edəcək.

Hər çempionatda ilk üç yeri tutan cüdoçular iyunun 8-10-da Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək çempionatın final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, görüşlər 20 çəki dərəcəsində 13 yaşa qədər qızlar və oğlanlar arasında keçirilir

Məktəblilər arasında cüdo üzrə respublika çempionatlarının əsas məqsədi cüdo idman növünə marağın artırılması, sağlam həyat tərzini təbliğ edilməsi və cüdo idman növü vasitəsilə yeniyetmələr arasında fiziki və əqli rifahı təşviq etməkdir.