"Sumqayıt"ın baş məşqçisi “Barselona”nın prezidenti ilə görüşüb

\"Sumqayıt\"ın baş məşqçisi “Barselona”nın prezidenti ilə görüşüb

Olimpizm xəbərləri

26.04.2024, 11:40

"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir.

Klubdan verilən məlumata görə, proqram çərçivəsində "Barselona" akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.

Samir Abasov səfər çərçivəsində, həmçinin "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.

Çalışdırıcı ötən gün əsas komandanın məşqini izləyib və "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR