"Reytinqə əsasən iki badmintonçumuzun Paris Olimpiadasında lisenziya qazanacağı artıq dəqiqləşib".
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "olympic.az" və "olimpnews.az" saytlarına açıqlamasında bildirib.
O, badmintonçularımızın lisenziyasının yaxın vaxtlarda təsdiqlənəcəyini qeyd edib.
"Bu lisenziyaların formal olaraq təsdiqlənməsini gözləyirik. Bu olimpiadada bizi ən çox komanda idman növlərində təmsil olunmağımız sevindirəcək. Bildiyiniz kimi, qadınlardan ibarət 3x3 basketbol komandamız Oyunlarda iştirak edəcək. Əlbəttə, hələ lisenziyalarımızın sayı kifayət qədər deyil. Amma biz cüdodan on lisenziya gözləyirik. Güləşcilərimiz hələ lisenziya yarışında çıxış edəcəklər. Boksçularımızın da lisenziya qazanmaq üçün və şansları var. İnanıram ki, Paris-2024-ə kifayət qədər lisenziyamız olacaq", - deyə Çingiz Hüseynzadə bildirib.