Elnur Məmmədov: "Ulu öndərin xatirəsinə həsr olunmuş turnirin iştirakçıları ildən-ilə daha da artır"
BOK
01.05.2024, 17:45
"Üçüncü ildir ki, ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatası keçirilir".
Bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov "Prezident Kuboku-2024" reqatasının ilk yarış günündə jurnalistlərə müsahibəsində deyib.
İkinci ildir ki, yarışın beynəlxalq federasiyanın rəsmi təqviminə salındığını qeyd edən Elnur Məmmədov bu dəfəki yarışda 21 ölkədən 30 komandanın iştirak etdiyini vurğulayıb. "Budəfəki yarışda iştirakçı sayına görə yeni rekord qeydə alındı. Bu da onu göstərir ki, ulu öndərin xatirəsinə həsr olunmuş turnirin iştirakçıları ildən-ilə daha da artır.
Ötən ilin sentyabr ayında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Biz artıq bu il bu yarışda tam başqa bir sevinclə, qürurla iştirak edirik.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına minnətdarlığımızı bildiririk ki, belə bir yarış təşkil etdi. Onlar son illərdə böyük işlər həyata keçirirlər. Avarçəkmə texniki idman növüdür. Bildiyiniz kimi burada yarış üçün şəraitin yaradılmasına, avadanlıqların buraya gətirilməsinə böyük əmək sərf olunur. Bizim üçün sevindirici məqamlardan biri də akademik avarçəkənimizin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasıdır. Bu da federasiya rəhbərliyinin və məşçilər heyətinin əməyinin nəticəsidir ki, komandamız olimpiadada təmsil olunacaq", - deyə Elnur Məmmədov bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
Bugün, 16:26 Olimpiya dünyası
-
İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 12:10 Güləş
-
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
Bugün, 11:40 Müsahibə
-
Bir cümlə, bir xəbər
Bugün, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
Bugün, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
Bugün, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Bugün, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
Bugün, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
Bugün, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm