Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Fransaya səfər edib. Səfər zamanı ÇXR sədri Paris-2024 Yay Olimpiya Oyunları zamanı Olimpiya barışığı təşəbbüsünü dəstəklədiyini təsdiqləyib.
Si Cinpinin Parisə səfəri Çin və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edib. “İndiki dünya çox təlatümlüdür. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin Fransa ilə birgə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı müharibə və hərbi əməliyyatların dayandırılması təşəbbüsünü bəyənir”, - deyə Si Cinpin Fransa prezidenti Emmanuel Makronla birlikdə mətbuat konfransında vurğulayıb.