“Böyük Dəbilqə” turniri 3 medalla yadda qaldı

“Böyük Dəbilqə” turniri 3 medalla yadda qaldı

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilib. 84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Yarışda 15 (12 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunan komandamız turniri 3 bürünc medalla başa vurub.

Komandamıza medalları Kamran Süleymanov (-66 kq), Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi -90 kq) qazandırıb.