“Heydər Əliyev Kuboku-2024”: 11 boksçumuz yarımfinala vəsiqə qazandı

“Heydər Əliyev Kuboku-2024”: 11 boksçumuz yarımfinala vəsiqə qazandı

Bakıda keçirilən yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri davam edir. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın üçüncü günündə daha 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib. 20 döyüşün yekununa əsasən ən azı bürünc medalı təmin edən 20 boksçunun adı dəqiqləşib. Komandamızın 11 üzvü döyüşlərini qələbə ilə başa vuraraq adını yarımfinala yazdırıb. 

Boks Mərkəzində təşkil olunan ənənəvi turnirin dördüncü günündə daha 20 görüş keçiriləcək.