İki boskçumuz beynəlxalq turnirin finalında

İki boskçumuz beynəlxalq turnirin finalında

Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı da mübarizə aparıb.

60 kq çəki dərəcəsində Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Boksçumuz həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla qarşılaşacaq. 

71 kq-da Abbasqulu Şadlinskinin də döyüşü uğurlu alınıb. Yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olan (5:0) boksçumuz finalda macarıstanlı Arpad Jamborla qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.