Bu gün Premyer Liqada 35-ci tura start veriləcək

Bu gün Premyer Liqada 35-ci tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 35-ci turun oyunlarına start veriləcək.

Turun ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda "Qarabağ" və "Turan Tovuz" komandaları üz-üzə gələcək. Oyuna saat 20:30-da start veriləcək. 

Çempionluğu ötən turlardan təmin edən ağdam təmsilçisinin aktivində 34 oyundan sonra 79 xal var. Tovuz təmsilçisi isə 45 xalla 6-cıdır. 

Qeyd edək ki, turun digər oyunları mayın 18-i və 19-da təşkil olunacaq.