Özbəkistanın paytaxtı Daşkənddə keçirilən həndbol üzrə Mərkəzi Asiyanın Açıq Çempionatı davam edir. Yarışda iştirak edən Azərbaycanın qadınlardan ibarət həndbol millisi növbəti oyununu keçirib. A qrupunda yer alan komandamız təşkilatçı ölkənin ROPSTTM klubu ilə üz-üzə gələcək. Görüş Azərbaycan təmsilçisinin 39:31 (20:18) hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, yığmamız ötən gün Özbəkistanın OKMK klubunu məğlub etmişdi - 30:28 (18:13).
Turnirə mayın 21-dəyekun vurulacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.