Paris-2024 Yay Olimpiya Oyunlarında ev sahibləri və region ölkələri təxminən 6,7-11,1 milyard avro məbləğində gəlir götürə biləcək. Məlumat Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında yer alıb. İdman Hüquq və İqtisadiyyatı Mərkəzinin (CDES) dərc etdiyi hesabatda Oyunlar zamanı Parisə 2,3 milyondan 3,1 milyona qədər biletli turistin gələcəyi təxmin edilir. Paris Turizm İdarəsinin məlumatına görə, Oyunlar zamanı Parisə səfər edənlər 2,6 milyard avro xərcləyəcəklər. Bildirilir ki, Paris-2024 Olimpiadası üçün maliyyənin böyük hissəsi, yəni 7 milyard avro media hüquqları, sponsorlar, bilet satışı və uzunmüddətli infrastruktur layihələrinə görə əldə ediləcək.
Qeyd edək ki, BOK-un 1,7 milyard dollarlıq vəsait ayırıb. Hökumət tərəfindən 3 milyard avro isə bu işin təşkili üçün yönəlib.