Olimpiya kəndində uşaq bağçası fəaliyyət göstərəcək

Olimpiya kəndində uşaq bağçası fəaliyyət göstərəcək

Paris-2024 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan Olimpiya kəndində uşaq bağçası fəaliyyət göstərəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idmançılar komissiyasının rəhbəri Emma Terho məlumat verib. “Bir çoxlarının idman karyerası ilə ailə həyatı kəsişir. Bunun necə olduğunu yaxşı bilirəm. Çünki Soçi-2014 Olimpiadasında körpə uşağı olan bir ana kimi iştirak etmişəm. Valideynlər üçün uşaqları ilə vaxt keçirmək çox faydalıdır”, - deyə BOK Atletlər Komissiyasının rəhbəri Emma Terho bildirib.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.