NBA-da yarımfinalçılar müəyyənləşdi

NBA-da yarımfinalçılar müəyyənləşdi

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinalçıların adlarına aydınlıq gəlib. "Minnesota" "Denver"ə 98:90 hesabı ilə qalib gələrək ümumi hesabı 4:3 edib. Komanda finala gedən yolda "Dallas"la qarşılaşacaq.

Digər yarımfinal cütündə isə "İndiana" və "Boston" kollektivləri münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarımfinal oyunları mayın 22-də başlayacaq.