Çəkic atma növündə Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Anna Skidan beynəlxalq yarışlarda uğurlu çıxışını davam etdirir.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız Fransanın Forbak şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli yarışında çəkicatma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Anna Skidan bu uğura 71,98 metr nəticə göstərərək nail olub.
Xatırladaq ki, daha əvvəl Skidan Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarındaqızıl medal qazanmışdı.