"Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen Formula-1 üzrə dünya çempionatının IX yarışının - Kanada Qran - Prisinin qalibi olub.
Monrealda keçirilən yarışda ikinci yeri "Maklaren"in britaniyalı pilotu Lando Norris tutub. Üçüncü yerdə onun "Mercedes" komandasından olan həmyerlisi Corc Rassell qərarlaşıb.
Ümumi hesabda birinci yeri M.Ferstappen (194 xal) tutub. Bu, onun qələbə karyerasında 60-cı olub. İkinci sırada Lekler (138), üçüncü yerdə Norris (131) qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi iyunun 21-23-də İspaniyada keçiriləcək.