Azərbaycanlı zəka sahibi Rauf Məmmədov Fransa çempionu adını qazanıb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 8 komandanın mübarizə apardığı birincilik 7 tur davam edib.
Yekunda heyətində azərbaycanlı şahmatçı R.Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Qrosmeyster 6 oyunda iştirak edib. O, 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.