Millimiz bu gün Dünya Qadın Seriyasında mübarizəyə başlayır 

Millimiz bu gün Dünya Qadın Seriyasında mübarizəyə başlayır 

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının “Klermon-Ferrand” mərhələsində mübarizəyə başlayacaq.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız Fransada təşkil olunacaq yarışın D qrupunda Filippin və Niderland komandaları ilə üz-üzə gələcək. Hər iki görüş bu gün baş tutacaq.

Qeyd edək ki, Dünya Qadın Seriyasının dörd mərhələsindən sonra Azərbaycan 45 xalla 19-cu yerdə qərarlaşıb.