Paraüzgüçümüz Paris-2024-də iştirak edəcək

Paraüzgüçümüz Paris-2024-də iştirak edəcək

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK)mətbuat xidmətindən verilənməlumat görə, Beynəlxalq Paralimpiya Komitəsi MPK tərəfindən göndərilən sorğuya müsbət cavab verib.

Bununla da Azərbaycanın Paralimpiya, dünya və Avropa çempionu Paris-2024-də iştirak hüququ ("bipartite") əldə edib.

V.İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.