Alfonso Dominges: “Ən güclü rəqibim özüməm”
BOK
27.06.2024, 14:13
Adı: Alfonso Soyadı: Dominges Təvəllüdü: 28.05.1995 İdman növü: boks Çəkisi: 92 kq Nailiyyətləri: Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı (2021), dünya çempionu (2021), dünya çempionatının gümüş medalçısı (2023), II Avropa Oyunlarının qalibi (2019). Paris-2024-ə lisenziyanı Tailandın paytaxtı Banqkokda keçirilən lisenziya xarakterli dünya Olimpiya təsnifat turnirində qazanıb.
Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarının boks yarışına son lisenziyalar Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapdı. Bu yarışda ölkəmizi təmsil edən Malik Həsənov (63,5 kq) və Alfonso Dominges (92 kq) Paris-2024-ə lisenziya qazandılar. Beləliklə, Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq ki, bunlardan da beş nəfəri Azərbaycanı təmsil edəcək. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıları oxuculara tanıdan “Olimpiya dünyası” qəzeti bu dəfə boksçumuz Alfonso Domingeslə həmsöhbət olub. 2018-ci ildən Azərbaycan millisinin idman şərəfini qoruyan A.Dominges bu illər ərzində Minskdə Avropa Oyunlarının (2019), Belqradda dünya çempionatının (2021) qalibi adın qazanıb. Kubalı boksçu həmçinin, 2021-ci ildə Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələnib. Olimpiya Oyunlarında ikinci dəfə iştirak etməyə hazırlaşan Alfonso Dominges ona ünvanlanan sualları səmimi cavablandırb.
- Alfonso, ikinci dəfə Olimpiya Oyunlarında iştirak edəcəksən. Lisenziyanı son anda qazanmağın Parisə gedən yolun asan olmadığını göstərir. Mümkünsə, ilk olaraq lisenziya yarışı barədə danışardın.
- Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turniri bizim üçün lisenziya baxımından həlledici yarış idi. Çünki Paris-2024-ə lisenziya qazana bilməyən digər güclü idmançılar son şanslarını məhz bu turnirə saxlamışdılar. Mən də bu məsuliyyətli vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziya əldə etdim. Tailanddakı turnirdə ümumilikdə 4 döyüş keçirdim. Əvvəlcə 1/32 finalda qanalı Conatan Tetteni, növbəti mərhələdə isə xorvatiyalı Marko Çaçiki mübarizədən kənarlaşdırdım. 1/8 finalda hindistanlı Sanjit Sanjitə qalib gələrək, lisenziyaya daha bir addım yaxınlaşdım. Son görüşdə, 1/4 finalda isə qazaxıstanlı güclü boksçu Elkin Adilbekdən üstün çıxış etməyim, lisenziya üçün kifayət etdi. Hər şey planlaşdırdığım kimi alındı və komandamıza növbəti lisenziyanı qazandırdım.
- İstərdik bir qədər də olimpiadaya hazırlıq mərhələsi barədə məlumat verəsiniz.
- Paris-2024 hazırlıq prosesi plan üzrə gedir. Azərbaycan Boks Federasiyasının rəhbərliyi bizi Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlıq üçün hər cür şəraitlə təmin edir. Lisenziya turnirindən əvvəl Tailandda iki həftəlik təlim-məşq keçdik. İndi isə bir az dincəlib yenidən hazırlıqlara başlayacağıq. Əvvəlcə Türkiyəyə yollanacağıq. Texniki və taktiki məşqlər üzərində işləyəcəyik. Sonrakı mərhələdə Özbəkistanda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəyik. Bu hazırlıqdan sonra Parisə yollanacağıq.
- Tokio-2020-də Azərbaycan komandasına bürünc medal qazandırmışdın. Necə düşünürsən, bu dəfə bürünc medalı qızıla çevirə biləcəksənmi?
- Bəli, pandemiyadan sonra təşkil olunan Tokio Olimpiadasında bürünc medalla kifayətlənməli oldum. Lakin bu dəfə əsas hədəfim qızıl medal qazanmaqdır. Tokio-2020-də 81 kq çəki dərəcəsində bürünc medal qazanmışdım. Parisdə isə fərqli çəkidə, 92 kq-da mübarizə aparacağam. Çalışağam ki, Fransa paytaxtından qızıl medalla qayıdım. Amma təbii ki, qismətdə nə varsa, o da olacaq.
- Yəqin ki, Parisə yollanacaq rəqiblərinlə tanışsan. Onların arasında sənin üçün ən çox hansı rəqib daha çətin görünür?
- Əvvəlki müsahibələrimdə də bildirdiyim kimi, ən güclü rəqibim özüməm. Öz gücümə güvənirəm. Məhz bu güvən sayəsində olimpiadada bütün rəqiblərimi məğlub edəcəyimə inanıram.
- Boksçu kimi müəyyən qədər təcrübəyə maliksən. Olimpiadaya özünü psixoloji cəhətdən necə hazırlayırsan? Yəqin ki, əvvəlki Olimpiya təcrübən sənə bu dəfə kömək olacaq.
- Bəli, Tokio Olimpiadası mənə təkcə bürünc medal deyil, həm də böyük təcrübə qazandırdı. Bu təcrübə sayəsində həmin ilin noyabr ayında Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazandım. İnanıram ki, Tokiodakı təcrübəm Parisdə də medal qazanmağımda mənə kömək olacaq.
- Digər komanda yoldaşlarının olimpiadadakı şanslarını necə dəyərləndirisən?
- Onların da olimpiadada mənim kimi bərabər şansları var. Demək istəyirəm ki, bu idmandır. Hər şey boksçularımızın öz əlindədir. İnanıram ki, onlar da Paris-2024-də medal qazana bilərlər.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millimiz Avropa Liqasında mübarizəyə başlayır
Bugün, 11:51 Voleybol
-
3x3 basketbol millimiz Dünya Kubokunda növbəti oyununu keçirəcək
Bugün, 10:39 Basketbol
-
Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu
Bugün, 00:19 Futbol
-
Elşad Quliyev: "Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq"
05.06.2026, 23:55 Müsahibə
-
Taleh Nəsibov: "Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm"
05.06.2026, 23:50 Müsahibə
-
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarına yekun vurulub
05.06.2026, 23:31 Voleybol
-
Voleybol millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
05.06.2026, 23:05 Voleybol
-
Basketbol millimiz dünya çempionatının 1/4 finalında
05.06.2026, 22:55 Basketbol
-
Sadıq Sadıqov vəfat edib
05.06.2026, 22:10 Olimpiya dünyası
-
Ramiz Çovdarov: "Azarkeşlərin dəstəyi sayəsində bu uğura nail olduq"
05.06.2026, 21:50 Müsahibə
-
Vüsal İsayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"
05.06.2026, 21:32 Müsahibə
-
Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
05.06.2026, 21:00 Gündəm
-
“Beşiktaş” Vinçenzo Italiano ilə razılığa gəlib
05.06.2026, 19:05 Futbol
-
Florentino Perez yeni transfer hədəfini açıqladı
05.06.2026, 18:53 Futbol
-
FIFA Dünya Kubokunda zurnaya qadağa qoyur
05.06.2026, 18:33 Futbol
-
Qazaxda futbol festivalı keçirilib
05.06.2026, 18:07 Futbol
-
"Şəfa"nın yeni baş məşqçisi müəyyənləşdi
05.06.2026, 17:55 Futbol
-
Avarçəkənimiz Avropa çempionatında mübarizə aparacaq
05.06.2026, 17:23 Su idman növləri
-
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
05.06.2026, 17:10 Cüdo
-
Güləşçilərimiz mötəbər yarışlara bölgələrdə hazırlaşırlar
05.06.2026, 16:41 Güləş
-
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
05.06.2026, 16:18 Müsahibə
-
Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 15:44 Gündəm
-
Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.06.2026, 15:25 Gündəm
-
Bakıda Dünya Kuboku yarışlarına start verildi
05.06.2026, 15:11 Gimnastika
-
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
05.06.2026, 13:13 MOK
-
3x3 basketbol millimiz Dünya Kubokunda Litva ilə üz-üzə gələcək
05.06.2026, 11:14 Basketbol
-
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
05.06.2026, 11:00 Voleybol
-
Azərbaycan velosipedçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
05.06.2026, 10:44 Velosiped
-
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
05.06.2026, 10:25 Gündəm
-
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
04.06.2026, 23:52 Gündəm
-
Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazanıblar
04.06.2026, 22:55 Taekvondo
-
AMADA rəsmiləri beynəlxalq konfransda iştirak ediblər
04.06.2026, 22:10 AMADA
-
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi keçirilib
04.06.2026, 22:06 Voleybol
-
İdmana bağlı şərəfli ömür
04.06.2026, 18:13 Olimpiya dünyası