İyunun 27-də gənclər və idman naziri Fərid Qayıbov Qambiyanın idman və gənclər naziri Bakar Bodji qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Nazir səmimi qəbula görə təşəkkür edib. Görüşdə Azərbaycanla Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Azərbaycanın Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov, Qambiyanın İdman və Gənclər Nazirliyi yanında Prezidentin Beynəlxalq Mükafatının icraçı direktoru Sisey Malik iştirak ediblər.