Basketbol millilərimiz üçün növbəti sınq

Basketbol millilərimiz üçün növbəti sınq

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunun qrup mərhələsində son matçlarına çıxacaqlar.

Qızlardan ibarət komandamız Kiprlə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Evren Alkayanın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə Ermənistan millisini 86:59, Gürcüstanı isə 97:40 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra yığmamız yarımfinalda iştirak hüququ qazanıb.

Oğlanlardan ibarət yığmamız isə Maltanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Tahir Baxşıyevin komandası bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə məğlub olub. Komanda qrupdakı ikinci görüşdə Moldova üzərində 78:55 hesablı qələbə qazanıb.

Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.