Basketbol millimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

Basketbol millimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında mübarizəyə başlayacaq.

B divizionunun B qrupunda mübarizə aparan yığmamız ilk oyununu Portuqaliya seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşləri iyulun 13-də Böyük Britaniyaya, iyulun 14-də İrlandiyaya və iyulun 17-də Niderlanda qarşı olacaq.

Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq Avropa çempionatı iyulun 21-dək davam edəcək.