Həndbol klublarımızın Avropa Kubokunda rəqibləri müəyyənləşib

Həndbol klublarımızın Avropa Kubokunda rəqibləri müəyyənləşib

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişi və qadın komandaların rəqibləri müəyyənləşib.

Bu, 2024/25 mövsümünün püşkatmasından sonra bəlli olub.

Kişilərdən ibarət "Kür" komandası “Stravolo” (Kipr), “Bakı” isə “Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Qadın komandalardan “Kür” Yunanıstan təmsilçisi “İonias”, “Qarabağ” “Differdanj” (Lüksemburq), “Azəryol” isə “Qaliçanka” (Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan klubları yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda isə oktyabrın 5-6-da və 12-13-də keçiriləcək. Avropa Kubokunda ümumilikdə 63 kişi və 64 qadın komandası çıxış edəcək.