İngiltərə millsinin baş məşqçisi istefa verdi

İngiltərə millsinin baş məşqçisi istefa verdi

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt istefa verib.

Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssis 2016-cı ildən milliyə başçılıq edirdi. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 102 oyunda 61 qələbə, 17 məğlubiyyət və 24 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, İngiltərə seçməsi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.