20 yaşlı Fransa vətəndaşı Paris-2024 Yay Olimpiya Oyunları zamanı zorakılıq hərəkətlərinə çağırış etdiyi üçün həbs edilib.
"Le Parisien" nəşrinin yazdığına görə, həmin gənc neonasist ideyalarını sosial şəbəkə üzərindən yaymaqda təqsirləndirilir. Onun həbsi iyulun 17-də Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bas-Rhin şəhərində təşkil edilib.