Perek yoxsa Zidan?

Perek yoxsa Zidan?

 

Fransada iyulun 26-da Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlini kimin alovlandıracağı ilə bağlı ehtimallar geniş müzakirə obyektinə çevrilib. Əsas namizədlər arasında atletika üzrə üçqat Olimpiya çempionu Mari Joze Perek və dünya futbolunun əfsanəsi Zinəddin Zidan yer alıb.