Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının ABŞ-nin Solt-Leyk Siti şəhərində keçiriləcəyini açıqlayıb.
Bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin 142-ci sessiyasında qəbul olunub.BOK komissiyasının 83 üzvü qərarın lehinə, 6 nümayəndə isə əleyhinə səs verib.Olimpiya Oyunları Solt-Leyk Siti şəhərində ikinci dəfə keçiriləcək. Qış Olimpiya Oyunları daha əvvəl 2002-ci ildə də məhz bu şəhərdə təşkil olunub.