Paris-2024-də qılıncoynatma yarışlarının sablya növündə mübarizə aparan Azərbaycan təmsilçisi Anna Başta növbəti görüşünə çıxıb. İdmançımız qadınların şəxsi yarışında ən güclü səkkizliyə yüksəlmək uğrunda ukraynalı Olqa Xarlanla qarşılaşıb. Görüş rəqib sablyaçının 6:15 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Anna Başta Paris Olimpiadasında çıxışını başa vurub.
Xatırladaq ki, idmançımız ilk görüşdə çinli Yang Hengyunu mübarizədən qalib ayrılmışdı.