Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində iyulun 29-da “Azərbaycan Olimpiya Evi”ndə keçirilən tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, bir çox ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi çıxış ediblər. Onlar Azərbaycanda idmanın inkişafından, idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.
Çıxışlardan sonra Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman naziri Fərid Qayıbova və Azərbaycan MOK-nun baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.