Paris-2024: Azərbaycanlı boksçu mübarizəni dayandırıb

Paris-2024: Azərbaycanlı boksçu mübarizəni dayandırıb

Azərbaycanın boksçusu Malik Həsənov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

63,5 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Gürcüstandan olan Laşa Quruli üz-üzə gəlib.

Bu görüşdə idmançımız məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.